Hepatoloq: Hepatit C 3 aya tam müalicə olunur

Artıq hepatit C müalicə olunan infeksiya sayılır. Kliniki sınaqlar göstərib ki, yeni preparatların köməyi ilə 3 ay ərzində 99% hallarda bu infeksiyanı tam müalicə etmək mümkündür.

Bu haqda medportal-a Hepatoloji elmi mərkəzinin (Rusiya Federasiyası) rəhbəri bioloji elmləri namizədi hepatoloq Bella Lurye danışıb.

Hepatoloq xəbər verib ki, yeni virusəleyhinə preparatlar çox yaxşı müalicəvi effekt verir və bundan əvvəl istifadə olunan interferonla müqayisədə 99% hallarda tam sağalmanı təmin edir. İnterferonlar belə nəticəni 40-70% hallarda verir.

Yeni preparatlar 1 həb olmaqla gündə 2 dəfə 3 ay ərzində qəbul olunur. Alimin sözlərinə görə, bu müalicə kursu xəstəni hepatit C-dən tam azad edir. Lakin bu yalnız sağlam (yəni sirrozu olmayan) qaraciyərə aiddir. Xəstədə sirroz varsa, bu preparatlar təyin olunmur. Xəstə hepatozdan əziyyət çəkirsə, bu halda əvvəl hepatoz, daha sonra isə hepatit C müalicə olunur.

B. Lurye xüsusilə vurğulayıb ki, preparat yalnız mütəxəssis tərəfindən və yalnız lazım olan analiz və müayinələrdən sonra təyin olunmalıdır. Yalnız bu halda müalicə düzgün seçilə və lazım olan effekt verə bilər.

Yeni preparatların müəyyən yanaşı təsirləri var. Bu səbəbdən müalicə təyin etdikdən əvvəl xəstənin qaraciyərdən əlavə ürəyi, böyrəkləri və qalxanvari vəzi də diqqətlə müayinə olunmalıdır. Həmçinin müalicə zamanı həkim xəstənin vəziyyətinə daim nəzarət etməlidir ki, yanaşı təsirlərinin meydana çıxması vaxtında aşkar olunsun və müalicə sxemində lazım olan dəyişikliklər edilsin.

Həkim xüsusilə vurğulayır ki, interferonla müqayisədə yeni preparatlar saç tökülməsi, depressiya, hərarətin yüksəlməsi və s. kimi yanaşı təsirləri vermir.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика