Özümüzü soyuqdəymədən xilas edək

Soyuq payız və qış aylarında soyuqdəymə halları olduqca çoxalır. Bəzi çox sadə üsullarla biz özümüzü bu problemdən xilas edə bilərik. Bu üsulların arasında:

1. Soğan və sarımsaq. Bu tərəvəzlər "fitonsidlər" adlandırılan maddələrlə zəngindir. Bu maddələr çox güclü mikrob və virus əleyhinə təsirə malikdir. Çiy soğan və sarımsağı hər gün kiçik miqdarlarda olsa da qəbul etmək lazımdır. Sarımsağın "pis" iyindən özünü qorumaq üçün onu bəzən çeynəmək yox, doğrayıb udmaq məsləhət verirlər. Lakin bu düzgün deyil. Soğan və sarımsağın şirəsi ağız boşluğunun selikli qişalarına düşməlidir. Bir çox viruslar və mikroblar hava-damcı yolu ilə yayılır və bizim burnumuz və ağız boşluğumuz onlar üçün "giriş qapı" funksiyasını yerinə yetirir. Sarımsaq və soğan şirəsi isə selikli qişalarda etibarlı müdafiə mühiti yaradır. Pis qoxu ilə limon şirəsinin köməyi ilə mübarizə aparmaq olar. Limon şirəsi də, yeri gəlmişkən, yaxşı antibakterial təsir edir.

Soyuqdəymənin ilk simptomlarını hiss etdikdə təzə sarımsaq şirəsində pambıq isladın və burnunuzun içinə qoyun. Bundan əlavə 2 dilim sarımsağı və 1/2 baş soğan xırda doğrayın, üzərinə 1/2 stəkan qaynar su əlavə edin. Su bir qədər soyduqdan sonra ağız boşluğunuzu və boğazınızı bu dəmləmə ilə yaxalayın. Bunu gün ərzində bir neçə dəfə edin.

Soğanı xırda doğrayın, tənzifdən sıxın və gün ərzində bir neçə dəfə xəstənin burnuna damızdırın.

Soyuqdəymədən xilas olunmaq üçün orta ölçüdə olan soğanı sürtgəcdən keçirin və üzərinə 1/2 l qaynar süd əlavə edin. 2 saatdan sonra bu südü içə bilərsiniz.

2. Bal. Əgər sizdə bu məhsula qarşı allergiya yoxdursa, profilaktik olaraq gün ərzində bir neçə dəfə 1 çay qaşığı balı ağzınıza qoyub tam əriyənə qədar saxlayın. Bal selikli qişalara düşən mikrob və virusları məhv edir.

Arıların digər bir məhsulu olan propolisin də çox güclü antibakterial və antivirus xüsusiyyətləri var. Soyuqdəymə ilə mübarizədə propolisin dəmləməsindən (1 çay qaşığı propolis + 1 stəkan qaynar su) istifadə etmək olar. Daha asan üsul - 1 çay qaşığı propolisi yeməkdən sonra 20 dəqiqə ərzində çeynəyin.

Propolisi sarımsaqla birlikdə də istifadə etmək olar. 2-3 dilim sarımsağı xırda doğrayın, üzərinə 1 çay qaşığı propolis əlavə edin və 1 stəkan qaynar su tökün. 2 saatdan sonra dəmləməni qəbul etmək olar (gündə 3 dəfə yeməkdən sonra).

3. Moruq. Bu giləmeyvə C vitamini ilə olduqca zəngindir, yüksək hərarətlə mübarizədə kömək edir, immuniteti stimullaşdırır. Moruğu balla birlikdə istifadə etmək olar.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика