Загрузка...

Hamiləlik testləri

Menstruasiyanın 1 gün və daha artıq gecikməsi zamanı hamiləliyin erkən diaqnostikası üçün olan testlərindən istifadə etmək olar.

Belə testlərin əsasında sidikdə spesifik hormonun (xorionik honadotropinin) aşkar olunması ilə bağlı olan kimyəvi reaksiya durur. XH-hormonu "hamiləlik hormonu" adlandırırlar. Hamilə olmayan qadınlarda bu hormon qanda, demək olar, aşkar olunmur. Hamiləlik baş tutduğu andan isə bu hormonun səviyyəsi böyük sürətlə qalxmağa başlayır (hamiləliyin 1-ci 3-aylığında hər 2-3 gündən bir  2 dəfə artır) və tez bir zamanda yüksək rəqəmlərə çatır.

Bu hormon və onun parçalanma məhsulları sidik ilə xaric olurlar. Müayinə üçün səhər ifraz olunan ilkin sidiyi götürmək lazımdır: gecə yuxusundan sonra XH hormonu və onun parçalanma məhsullarının sidikdə olan konsentrasiyası artmış olur.

Testin növündən asılı olaraq onun üzərinə ya bir neçə damcı sidik əlavə olunur (bax şəkilə), ya test-zolaq sidik olan qaba salınır, ya da test özü sidik şırnağının altına salınır. Cavab 5 dəqiqədən sonra hazır olur. 10 dəqiqədən artıq vaxt cavab gözləməyin. Vaxt keçdikcə, hava və s. xarici təsirlər nəticəsində test yanlış nəticə göstərə bilər. Əgər testin üzərində 1 zolaq görünərsə - demək, hamiləlik yoxdur, iki zolaq olarsa – demək, hamiləlik vardır, testin üzərində heç bir zolaq yoxdursa – demək, test-zolaq keyfiyyətsizdir, yenisini almaq lazımdır.

Testin cavabı mənfi olarsa, menstruasiya isə olmazsa, testi bir neçə gündən sonra mütləq təkrar etmək lazımdır. Gecikmə davam etdiyi halda test təkrarən mənfi nəticə verərsə, mütləq həkimə müraciət edin ki, bu, hormonal pozulmanın və ya hər hansı ginekoloji xəstəliyin əlaməti ola bilər.


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#78 oxucu 13.04.2015 19:21
Salam.hamilelik testleri aybasi gecikmemis hamile olub olmadigini gostere bilermi?yoxsa ele aybasinin gecikmesini gozlemek lazimdir?tesekk urler
#79 Administrator 14.04.2015 05:12
Цитирую oxucu:
Salam.hamilelik testleri aybasi gecikmemis hamile olub olmadigini gostere bilermi?yoxsa ele aybasinin gecikmesini gozlemek lazimdir?tesekkurler


Xeyir, gecikməni göstərmək lazımdır.
#80 gülka 14.04.2015 18:48
Həkim mənim sualımı zəhmət olmasa cavablandırın.m artın 10-da axırıncı aybaşlm olub aprelin 13-də xq analizı verdim nəticə 16.4 cıxdı amma bu gün məndən qəhvəyi rəngdə maye gəlir.bu gün yenə xq analizi verdim 22 cıxdı amma qəhvəyyi maye hələdə gəlir sizcə bu düşük əlamətidi?
#81 Administrator 15.04.2015 04:11
Цитирую gülka:
Həkim mənim sualımı zəhmət olmasa cavablandırın.martın 10-da axırıncı aybaşlm olub aprelin 13-də xq analizı verdim nəticə 16.4 cıxdı amma bu gün məndən qəhvəyi rəngdə maye gəlir.bu gün yenə xq analizi verdim 22 cıxdı amma qəhvəyyi maye hələdə gəlir sizcə bu düşük əlamətidi?


Bu linkə keçib sualınızı ginekoloqa verin: http://saglamolun.az/index.php/ginekologiya/4415-seyran-cabbarova.html

HƏKİMLƏR

Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика