Загрузка...

Göz bəbəyinin rəngi dəyişilibsə... KORLUĞA səbəb olan xəstəlik

Gözün daxilində mikroskopik linza - göz bülluru var. Normada göz bülluru şəffaf olmalıdır.

Lakin müxtəlif səbəblərə görə (yaş, travma, radiasiya, bəzi somatik və göz xəstəlikləri və s.) göz bülluru tədricən bulanıq olur ki, bu da görmənin zəifləməsinə və daha sonra korluğa səbəb olur. Statistika göstərir ki, 50% hallarda korluğun səbəbi məhz kataraktadır.

Bu xəstəlikdən heç kim sığortalanmayıb. Əvvəllər katarakta 90% hallarda yaşlı insanlarda (70-75 yaşdan sonra) inkişaf edirdi. Lakin son zamanlar bu xəstəlik 45-55 yaşlarda olan insanlarda daha tez-tez təsadüf edilməyə başlayıb.

Kataraktanı vaxtında aşkar etmək və mütəxəssisə müraciət etmək çox vacibdir. Lakin xəstəlik tədricən, illər ərzində inkişaf etdiyi üçün insanlar bir çox hallarda xəstəliyin simptomlarına vaxtında fikir vermir və ya görmədə olan problemləri digər səbəblərlə izah edir.

Kataraktadan bu hallarda şübhələnmək olur:

- görmənin zəifləməsi, bulanıq görmə

- yaxınıgörmənin və ya uzağıgörmənin artması

- rənglərin görməsində dəyişikliklər

- qaranlıqda görmənin pisləşməsi

- göz bəbəyinin rənginin dəyişilməsi - normada qara olan göz bəbəyi tədricən bozumtul və ya sarımtıl rəng alır. Uzun müddət mövcud olan katarakta zamanı göz bəbəyi ağarır.

Katarakta yalnız cərrahi üsulla müalicə olunur. Bunu nəzərə alın və damçılar və ya məlhəmlərin köməyi ilə kataraktanı müalicə etmək vədlərə inanmayın.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика