Qalxanvari vəzinin necə işlədiyini adi termometrlə yoxlayın - Məşhur həkimin metodu

Qalxanvari vəzinin fəaliyyətinin necə olmasını özünüz evdə məşhur amerikalı həkim və ixtiraçı doktor Barnsın unikal metodu ilə yoxlaya biləsiz.

Bunun üçün sizə yalnız termometr lazımdır.

Medicina.az həmin üsulu təqdim edir.

50 il öncə doktor Brod Barns təyin etmişdi ki, bədənin temperaturu qalxanvari vəzinin aktivliyindən asılıdır. Amma bir şərtlə ki, temperatur səhər tezdən oyanan kimi ölçülsün.

Bu barədə yazdığı kitabında o qeyd edib ki,səhər tezdən bədənin anormal hərarəti qalxanvari vəzin xeyli xəstəliyindən, problemindən xəbər verir.

Onun icad etdiyi ev testi ilə siz səhər yerinizdən qalxmadan özünüzü müayinə edə bilərsiz.

Bunun üçün gecə yatanda yanınıza termometr qoyun. Səhər gözünüzü açan kimi elə yataqda ikən termometri qoltuq altına qoyub, 10 dəqiqə saxlayın.

Əgər termometr 36,5-36,8 C göstərirsə, deməli, qalxanvari vəzi normal işləyir.

Əgər səhər hərarət 36,5 C-dən aşağı göstərirsə, deməli vəz zəifləyir, hipotireoza meyillik var.

Sizdə enerjisizlik, depressiya, xroniki yorğunluq, baş ağrısı, saç tökülməsi, yaddaş zəifləməsi, bədən çəkisinin səbəbsiz artması, soyuğa davamsızlıq kimi simptomlar da ola bilər.

Əgər bazal hərarət 36,8 C-dən yuxarıdırsa, deməli vəz həddindən artıq yüklənib, fəaliyyəti güclənib, iltihabi proses var və hipertireozdan şübhələnmək olar.

Testi 3 gün ardıcıl etmək lazımdır ki,nəticə dəqiqləşsin. Kişilər və klimaks dövründə olan (menstruasiyaları olmayan) qadınlar bu testi istənilən vaxt edə bilərlər. Lakin menstrual funksiyası normal olan qadınlar bu testi menstruasiyanın ilk günlərində etməlidir. Qadının bədən hərarəti qadın hormonların təsirindən menstrual dövr ərzində dəyişilir (qalxır) və bu səbəbdən göstəricilər sizi çaşdıra bilər. 

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...
Ellada Sarıyeva

Ellada Sarıyeva

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı: 26 il

Ətraflı...
Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...

 


Яндекс.Метрика