Kofe içənlərdə tromboz riski azalır - ARAŞDIRMA


Norveçdə aparılan araşdırma gündəlik qəhvə istehlakı ilə venoz tromboemboliyanın təkrarlanma riski arasında mümkün əlaqəni üzə çıxarıb.


“Research and Practice in Thrombosis and Haemostasis” jurnalında dərc olunan tədqiqatda ilk dəfə tromboz keçirmiş 2071 nəfərin məlumatları təhlil edilib. İştirakçılar orta hesabla 2,8 il müddətində müşahidə olunub və bu müddətdə 310 təkrar tromboz halı qeydə alınıb.


Nəticələrə əsasən, gündə 1-2 fincan qəhvə içən şəxslərdə qəhvə içməyənlərlə müqayisədə təkrar venoz tromboemboliya riski 51 faiz daha aşağı hesablanıb. Xüsusilə əməliyyat, travma və ya digər səbəblərlə əlaqəli ilk tromboz hadisəsini keçirən şəxslərdə bu əlaqə daha nəzərəçarpan olub. Həmin qrupda gündə 1-2 fincan qəhvə istehlakı təkrar tromboz riskinin 67 faiz aşağı olması ilə əlaqələndirilib.

Bununla belə, tədqiqat qəhvənin trombozun qarşısını aldığını sübut etmir. Mütəxəssislər əldə olunan nəticələrin əlavə tədqiqatlarla təsdiqlənməsinin vacibliyini vurğulayıb. Qəhvə istehlakı trombozun qarşısının alınması və ya müalicəsi üçün həkim tərəfindən təyin olunan antikoaqulyant preparatları əvəz etmir.

Mənbə: News.medical.net

Saglamolun.Az