SAF Hospital mobil tətbiq vasitəsilə onlayn həkim konsultasiyasi təklif edir

RƏQƏMSAL TİBBİ XİDMƏTLƏR VƏTƏNDAŞLAR ÜÇÜN DAHA ƏLÇATAN OLUR


Azərbaycanda fəaliyyət göstərən özəl tibb müəssisələrindən biri olan SAF Hospital mobil tətbiq vasitəsilə onlayn həkim konsultasiyası imkanları təqdim edir. Tətbiq vətəndaşlara yaşadıqları yerdən asılı olmayaraq, həkimlərlə məsafədən əlaqə saxlamaq imkanı yaradır.

Xidmət regionlarda yaşayan, xaricdə olan, fiziki məhdudiyyətləri səbəbindən xəstəxanaya gəlməkdə çətinlik çəkən və ya ev şəraitində həkimlə məsləhətləşmək istəyən şəxslər üçün nəzərdə tutulub.
SAF Hospital mobil tətbiqi vasitəsilə istifadəçilər analiz nəticələrini həkimə göndərə, yazılı mesajlarla ünsiyyət qura, səsli zəng və görüntülü danışıq formatında konsultasiya ala bilərlər. Həmçinin görüntüsüz danışıq vasitəsilə həkimlə əlaqə saxlamaq mümkündür.

Rəqəmsal xidmətlər tibbi məlumatların həkimə məsafədən ötürülməsini və məsləhətləşmələrin daha rahat təşkilini təmin edir. Bununla belə, zəruri hallarda həkim əyani müayinə təyin edə bilər.

SAF Hospital mobil tətbiqini Google Play platformasından yükləmək mümkündür:
https://play.google.com/store/apps/details?id=az.videodoktor.safhospital

Ətraflı məlumat: 055 455 68 68

 

Saglamolun.Az