Universitetə qəbul xəbərini eşidib komadan ayıldı


MÖCÜZƏVİ HADİSƏ
Çinin Henan vilayətində ürək xəstəliyi səbəbilə komaya düşən 18 yaşlı Çzyan Çennan möcüzəvi şəkildə ayılıb. Gənc qız, universitetə qəbul olduğunu eşitdikdən sonra özünə gəlib.
Ölkə üzrə keçirilən imtahanı verən qız bir müddət sonra səhhətində problemlər hiss edib. Həkimlər onda nadir və təhlükəli ürək xəstəliyi — fülminant miokardit (kəskin ürək iltihabı) aşkar edib. Qızın vəziyyəti ağırlaşıb və o, komaya düşüb. Komada olduğu səkkizinci gün atası xəstəxanaya gəlib və qızına Huanhe Nəqliyyat Universitetinə qəbul olunduğunu bildirən məktubu oxuyub. Bu xəbəri eşidəndə Çzyanın kiprikləri tərpənib. Ertəsi gün isə gözlərini açaraq əl işarəsi ilə “hər şey yaxşıdır” deyib.
Həkimlər onun vəziyyətinin sabitləşdiyini və ürək fəaliyyətinin bərpa olunduğunu bildirib. Qız artıq palataya köçürülüb və sentyabr ayında universitetə başlamağa hazırlaşır.

 

 

Saglamolun.Az