10 aylıq körpəyə plov verilib, komaya düşüb

 

SÜNİ NƏFƏS CİHAZINA QOŞULUB

10 aylıq körpə plov yedikdən sonra komaya düşdü.

Moskvanın Klin şəhərində 10 aylıq körpə plov yedikdən sonra komaya düşüb. İlkin ehtimallara görə, uşağın vəziyyətinin ağırlaşmasına səbəb plovun tərkibindəki Asiya mənşəli ədviyyata qarşı yaranan anafilaktik reaksiya olub. Hadisə zamanı körpədə qəfil qıcolmalar başlayıb və valideynlər dərhal təcili tibbi yardım çağırıb. Uşaq xəstəxanaya çatdırıldıqdan sonra həkimlər onun vəziyyətini sabitləşdirə bilib və süni nəfəs cihazına qoşaraq huşunu bərpa edib. Lakin məlum olub ki, yemək zamanı qida hissəciklərinin tənəffüs yollarına düşməsi nəticəsində uşağın ağciyərlərində pnevmoniya inkişaf edib. Hazırda körpə həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir.

Həkimlər valideynləri körpələrin qidalanmasına diqqətlə yanaşmağa və 1 yaşına qədər olan uşaqlara allergik reaksiyalar yarada biləcək ədviyyatlar və ya ekzotik məhsullar verməməyə çağırırlar.

Saglamolun.Az