Paltaryuyan maşınlarda super mikroblar var

 

HƏKİMLƏRİN GEYİMİ DEZİNFEKSİYA EDİLMƏLİDİR
De Montfort Universitetinin alimləri müəyyən ediblər ki, paltaryuyan maşınlar parçadan antibiotiklərə davamlı təhlükəli mikrobları təmizləmir.
Bundan əlavə alimlər paltaryuyan maşınlarda super mikrobların olduğunu deyir.
Tibb işçilərinin geyimlərindəki bu cür “mikroblar” xəstəxana infeksiyalarının mənbəyinə çevrilə bilər. Bu barədə PLOS One jurnalında dərc olunan araşdırmada deyilir.
Eksperiment zamanı mütəxəssislər məişət paltaryuyan maşınlarının altı modelini sınaqdan keçiriblər. Məlum oldu ki, maşınların yarısı sürətli, standart və extra rejimdə də dezinfeksiyanın öhdəsindən gələ bilmir,
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bəzi bakteriyalar təkcə dərmanlara deyil, həm də məişət təmizləyici vasitələrin tərkib hissələrinə qarşı müqavimət inkişaf etdirə bilər ki, bu da onları aradan qaldırmağı daha da çətinləşdirir.
Alimlər xəbərdarlıq edirlər ki, dezinfeksiya edilməmiş forma geyinmək tibb müəssisələrində infeksiyaların yayılmasına səbəb ola bilər. Nəticə etibarilə, onlar evdə geyimlərin yuyulması ilə bağlı tövsiyələri nəzərdən keçirməyi və təhlükəsizliyi artırmaq üçün xəstəxanalarda sənaye maşınlarının istifadəsini nəzərdən keçirməyi təklif edirlər.

Saglamolun.Az