Doğuşdan sonra qarnında əlcək qalıb

SAĞALMAYAN TİKİŞLƏR, YÜKSƏK HƏRARƏT, AĞRILAR

Doğuşdan sonra ağır fəsadlarla üzləşən qadının bədənində tibbi rezin əlcəyin bir hissəsi qalıb.
Bişkekdə 2 saylı doğum evində qeysəriyyə əməliyyatı ilə ana olan Reqina doğuşdan sonra ciddi fəsadlarla üzləşib. cərrahi müdaxilədən sonra səhhəti kəskin şəkildə pisləşib: tikiş yerləri sağalmayıb, hərarəti qalxıb və ağrılar daha da güclənib. Nəticədə, müayinə zamanı qadının qarın boşluğunda təxminən 13 sm uzunluğunda tibbi əlcək tayı aşkarlanıb.


Reqina hüquq-mühafizə orqanlarına müraciət edərək, hadisəyə dair video materiallar, yazışmalar və həkim rəyini təqdim edib. Lakin istintaqla məşğul olan müstəntiq xəstəxananın baş həkiminin yerində olmaması səbəbilə tibbi tarixçəni əldə edə bilmədiyini deyib. Hazırda pasient və körpəsi müalicə alır.
Reqina, digər qadınların belə vəziyyətlə üzləşməməsi üçün bu hadisənin ictimailəşdirilməsini xahiş etdiyini deyib.

Saglamolun.Az