İDXAL EDƏN MÜƏSSİSƏYƏ MƏHDUDİYYƏT QOYULUB
Türkmənistandan Azərbaycana idxal edilən 56 ton pomidorda virus aşkarlanıb, məhsulu idxal edən müəssisəyə məhdudiyyət qoyulub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)məlumat verilib.
Bildirilib ki, “Katora 44” MMC-nin Türkmənistandan idxal etdiyi 56 ton pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində məhsulda qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.
Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, istehsalçı şirkətə məhdudiyyət tətbiq edilib və Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.
Saglamolun.Az