“CARDİOTAG” TƏZYİQ HAQQINDA DA MƏLUMAT ÖTÜRƏCƏK
Döş sümüyünə taxılan sadə, yüngül bir cihaz, ürək fəaliyyətinin pisləşməyini əvvəlcədən xəbər edəcək.
Kaliforniya Universitetinin kardioloqu, San-Fransisko Tibb Mərkəzi və laboratoriyasının direktoru Liviu Klein
bu cihazın insan sümüyünə transplantasiyasının xəstələr və həkimlər üçün daha faydalı və rahat formada təklif etmək üçün dizaynlar hazırlandığını bildirib.
Tərtibatçılar cihazı CardioTag adlandırır. Bu avadanlıq xəstənin mövcud və yaxın müddət ərzində ola biləcək təzyiqi ilə bağlı məlumatları da bildirəcək.
Doktor artıq mövcud olan və implantasiya edilə bilən pulmoner arteriya təzyiq sensorlarını və digər kardio cihazları xəstələr üçün "çox əlverişsiz" adlandırıb.
“Bir həkim olaraq deyə bilərəm ki, hazırda mövcud olan cihazların kifayət qədər boşluqları var, CardioTag-in hazırlanmasında bu mənfiləri aradan qaldırmışıq”. Klein bu fikirlə çıxışını tamamlayıb.
Saglamolun.Az