Xroniki xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşma adlı simpozium keçiriləcək

Hörmətli həkimlər və səhiyyə işçiləri!


Sizi 20 aprel tarixində "JW Marriott Absheron" otelinin Şərq zalında keçiriləcək "XRONİKİ XƏSTƏLİKLƏRİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA" adlı "I Beynəlxalq Elmi-Praktiki Simpozium"da görməkdən məmnun olarıq.


Spikerlərimiz:


◾Prof. Fikriyyə İbrahimli- həkim terapevt, tibb elmləri doktoru, professor;
Beynəlxalq Elmlər Akademiyasının (H&E) akademiki, Azərbaycan Tibb Universitetinin professor, Azərbaycanda təsis edilmiş "Bioloji Təbabət və Antihomotoksik terapiya" cəmiyyətinin sədri, Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor.
◾Dr.med.Thomas Rauf- Bioloji təbabət üzrə ekspert, Sonnenberg Biomed Mərkəzinin təsisçisi və baş həkimi.
◾Dr.Alessandro Perra- “Guna” Pharmaceuticals şirkətinin elmi direktoru.
◾Dr.Murat Baş- onkoloq, Bütüncül tibb məktəbinin yaradıcısı və rəhbəri.
◾Dr.Arzu Musayeva - terapevt
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi.
◾Dr.Arzu Quliyeva - terapevt
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi.
Tədbir zamanı öz ixtisasları üzrə ekspert-mütəxəssis olan bir sıra yerli və əcnəbi məruzəçilər həm seminar, həm də panellər vasitəsilə təcrübə və biliklərini bölüşəcəklər. Bundan əlavə, iştirakçılar arasında interaktiv sessiyalar keçiriləcək və təqdimatların müzakirəsi aparılacaq.
Qeyd edək ki,simpoziumun spikerlərindən biri- Dr. Tomas Rau Sonnenberg Biomed Mərkəzinin təsisçisi və baş həkimi olmaqla yanaşı həm də
Biotənzimləyici terapiya üzrə dünyaca tanınmış ekspertdir.
O, Bern Universitetinin Tibb fakultəsini bitirdikdən sonra İsveçrə və ABŞ-da tibb üzrə buraxılış imtahanları verərək revmatologiya, daxili və ümumi xəstəliklər üzrə ixtisaslaşmışdır.1981-ci ildən FMH İsveçrə Tibb Assosiasiyasının üzvüdür.
1981-ci ildən 1982-ci ilə qədər ənənəvi təbabət təcrübəçisi, eyni zamanda və revmatologiya və reablitasiya təbabəti üzrə İsveçrə müalicə mərkəzinin tibbi direktoru, 1983-1992-ci illərdə isə narkoloji reablitasiya mərkəzinin həkimi kimi fəaliyyət göstərib. 1992-2019-cu illərdə Lustmühle (İsveçrə) Paracelsus klinikasının tibbi direktoru və hissə sahibi olub.
2020-ci ilə qədər “Paracelsus Bioloji Təbabət Akademiyası” nın akademik şəbəkəsinin və təhsil təşkilatının rəhbəri vəzifəsində çalışıb.
Dr. Tomas Rau 1997-ci ildən ABŞ, İsveçrə, Malayziya, Vyetnam və Kiprdə fəaliyyət göstərən tərəfdaş klinikaların inkişafında böyük əməyi olub.
Ümid edirik ki, belə bir nəzəriyyəyə və təcrübəyə malik spikerin çıxışından faydalanmaq daha effektli və dayanıqlı müalicə sahəsində sizə geniş imkanlar açacaq.


Tədbirin vaxtı:


⏰10:00-17:30
📍"JW Marriott Absheron" oteli
❗Qeydiyyat linki üçün bioya keçid edə bilərsiz.
✅ Qeydiyyatla bağlı suallarınız olarsa (051)2359956 telefon nömrəsilə əlaqə saxlamaq mümkündür.

Saglamolun.Az