Загрузка...

İnsultun qarşısını alan şam qozası

Xalq təbabətində insultun nəticələrinin aradan qaldırılması və profilaktikası üçün yetişmiş şam qozalarının alma sirkəsi ilə spirtli cövhərindən istifadə olunur.

5 yetişmiş şam qozasının üzərinə 1/4 litr spirt (70%) və ya keyfiyyətli araq tökülür. Otaq temperaturunda 10 gün saxlanılır. Sonra süzülür və 1 çay qaşığı evdə hazırlanmış alma sirkəsi (üzüm sirkəsi ilə də əvəz etmək olar) əlavə edilir.

Hər gün gecə 1 stəkan açıq çayın içərisinə 1 çay qaşığı bu cövhərdən əlavə edilərək içilir. Balla içilməsi arzuolunandır.

Bu vasitə qanı duruldur, beyin damarlarına müsbət təsir edir, sinir hüceyrələrinin məhv olmasının qarşısını alır, hərəkətin və nitqin koordinasiyasının bərpasını təmin edir.

Bu üsulla müalicə kursu təxminən 6 ay davam edir.

Xəstəliyin nəticəsi tibbi yardımın sürətindən və keyfiyyətindən asılıdır. Çünki insult - beyin funksiyalarının pozulması əlamətlərinin tez özünü göstərməsi ilə xarakterizə olunan kliniki sindromdur; bu əlamətlər beyində struktur dəyişikliklərlə müşayiət olunur və əgər 24 saatdan artıq davam edərsə, ölümlə nəticələnir. Əgər nevroloji əlamətlər 24 saatdan az davam edərsə, beynin qan dövranının bu tip pozğunluqlarını bərpa etmək mümkündür.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика