Oynaq ağrılarına son qoyacaq TƏBİİ QARIŞIM

Oynaqlarda ağrılar əsasən əl, qol, ayaq, diz, bud çanağı oynaqları, bel, qulunc olmalar, boyun ağrıları, çiyin ağrıları və s. kimi oynaqlarda ağrılar hamının gördüyü ağrılardır.

Bəzən bu oynaqların səbəbləri müxtəlif tipli revmatizmlər, revmatoidli poliartritlər və sadəcə artrit və artrozlar ola bilir. Yazdığım bu qarışımlar yuxarıda saydığım bütün ağrılarda və xəstəliklərdə faydalıdır. Bizim 2 qarışımımız olacaq həm məcun, həmdə oynaqlara sürtmək üçün dəmləmə, yaxşı olar bunları birlikdə istifadə edəsiniz, beləki birlikdə istifadəsi həm daxildən iltihab əleyhinə təsir göstərir məsələn, revmatizması və ya revmatoidli poliartriti olanlar üçün daxilə istifadə olduq qədər faydalıdır, həmdə yaxşı olar xaricdəki ağrıyan oynaqlara sürtəsiniz.

  1. Məcun:

Dəfnə toxumu tozu 100 qram

Sarıkök tozu 50 qram

Birəriyyə tozu 50 qram

Xardal tozu 30 qram

Bal 1 kq

Deməli bitkilər quru olmalı, yaxşı üyüdülməli və bal ilə qarışdırılmalıdır. Məcundan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır.

  1. Dəmləmə:

2 ədəd orta ölçülü göyərmiş kartof qabıqları

40 ədəd dəfnə toxumu

20 ədəd dəfnə yarpağı

Su (təmizlənmiş) 400 qram

Alma sirkəsi 50 qram

Spirt 90 faizli 50 qram

Deməli yuxarıda yazdıqlarımı hamısını bir birinə qarışdırıb 20 gün qaranlıq və soyuq bir yerdə saxlamaq lazımdır. Yaxşı olar hər gün bir dəfə qarışdırasınız, 20 gündən sonra süzüb, suyunu ovucun içinə töküb ağrıyan yerləri masaj edin

 

 

 

fizulihuseynov 

 

Saglamolun.Az