ZOB xəstəliyini sağaldan SEHRLİ VASİTƏ

Qalxanabənzər vəzi tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir.

Qalxanabənzər vəzin hormonları (tiroksin, triyodtironin, diyodtironin və s.) bədənə daxil olaraq maddələr mübadiləsini sürətləndirir, oksidləşmə prosesini artırır, yağların yanmasını çoxaldır və istiliyin mübadiləsini təmin edir.

Bunlardan başqa qalxanabənzər vəzinin hormonu skeletin inkişafına təsir edərək sümüklərin uzunmasını təmin edir. Sinir sisteminin normal inkişafını və fəaliyyətini təmin edir. Bir sözlə, orqanizmdə bir çox mühüm prosesləri yerinə yetirir və fizioloji proseslərə təsir edir.

Publika.az oxucuları qalxanabənzər vəzinin ciddi xəstəliklərin inkişafının qarşısını alan və orqanizmində yod ehtiyatı artıran təbii inqrediyentlərdən ibarət möcüzəvi resept təklif edir.

Qalxanabənzər vəzinin iki tip xəstəliyi var:

Hipertireoz qalxanabənzər vəzin hormonlarının səviyyəsinin yüksək olması deməkdir. Bu, bir çox problemlərin yaranmasına təkan verir:

- Ürək döyüntüsünün artması

- Bağırsaq fəaliyyətinin pozulması

- Yorğunluq

- Narahatlıq və əsəbilik

- Menstruasiya problemləri

- İstilik hissi

- Çəki itkisi

- Hədsiz tərləmə

- Yuxu pozulması

- Diqqət pozunluğu

- Unutqanlıq

Hipotireoz qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə bağlı vəziyyəti deməkdir. Bu xəstəliyin ən yayılmış əlamətləri:

- Qıcolmalar

- Dırnaqların qırılması

- Depressiya

- Çəki artması

- Qəbizlik

- Yorğunluq

- Dəri və baş dərisinin quruluğu

- Menstrual tsiklin pozulması

- Unutqanlıq

Qalxanabənzər vəzinin funksiyasını tənzimləməyə qadir olan təbii vasitələr var. Əgər zob xəstəliyi yod çatışmazlığı ilə əlaqədardırsa, aşağıdakı resepti sınaqdan keçirin.

İnqrediyentlər:

- Təzə yetişmiş 40 qoz tumu

- 1 kq duru təbii bal

Yaşıl qoz tumlarını yuyun, qurudun və sonra onları iynəylə yarın. Hazırlanmış qozları bankaya tökün və üzərinə bal əlavə edin. Bankanı 40 gün qaranlıq yerdə gizlədin. Bu müddətdən sonra şüşəni açıb şirəni süzün. Cövhəri hər gün səhər və axşam bir xörək qaşığı qəbul etmək tövsiyə olunur.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Ellada Sarıyeva

Ellada Sarıyeva

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı: 26 il

Ətraflı...
Əminə Allahverdiyeva

Əminə Allahverdiyeva

Ginekologiya

Cərrah-ginekoloq-seksopatoloq İş stajı - 13 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...

 


Яндекс.Метрика