Bütün oynaq ağrılarını qaldıran qarışım

Oynaqlarda ağrılar (əsasən əl, qol, ayaq, diz, bud çanağı oynaqları, bel, qulunc olmalar, boyun ağrıları, çiyin ağrıları və s.) hamının gördüyü ağrılardır.

Bəzən bu ağrıların səbəbləri müxtəlif tipli revmatizmlər, revmatoidli poliartritlər və sadəcə artrit və artrozlar ola bilir.

Yazdığım bu qarışımlar yuxarıda saydığım bütün ağrılarda və xəstəliklərdə faydalıdır. Bizim 2 qarışımımız olacaq həm məcun, həm də oynaqlara sürtmək üçün dəmləmə, yaxşı olar bunları birlikdə istifadə edəsiniz, beləki birlikdə istifadəsi həm daxildən iltihab əleyhinə təsir göstərir məsələn, revmatizması və ya revmatoidli poliartriti olanlar üçün daxilə istifadə olduq qədər faydalıdır, həmdə yaxşı olar xaricdəki ağrıyan oynaqlara sürtəsiniz.

1. MƏCUNUMUZ

- Dəfnə toxumu tozu 100 qram

- Sarıkök tozu 50 qram

- Birəriyyə tozu 50 qram

- Xardal tozu 30 qram

- Bal 1 kq

Deməli bitkilər quru olmalı, yaxşı üyüdülməli və bal ilə qarışdırılmalıdır. Məcundan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır.

2. Dəmləməmiz

- 2 ədəd orta ölçülü göyərmiş kartof qabıqları

- 40 ədəd dəfnə toxumu

- 20 ədəd dəfnə yarpağı

- su (təmizlənmiş) 400 qram

- alma sirkəsi 50 qram

- spirt 90 faizli 50 qram

Deməli yuxarıda yazdıqlarımı hamısını bir birinə qarışdırıb 20 gün qaranlıq və soyuq bir yerdə saxlamaq lazımdır. Yaxşı olar hər gün bir dəfə qarışdırasınız, 20 gündən sonra süzüb, suyunu ovucun içinə töküb ağrıyan yerləri masaj edin, ağrılarınız bir anda gedəcəkdir inşAllah

Fizulihuseynov.com

 

.

 

Saglamolun.Az




Загрузка...
loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar