Onurğa sütunu fəqərələrdən ibarətdir. Disklərin aralarında xüsusi fəqərəarası disklər var ki, bu disklər amortizasiya funksiyasını yerinə yetirir.
Məhz bu disklərin olması bizə müxtəlif istiqamətlərə hərəkət etmək, əyilmək, qalxmaq və s. hərəkətlər etmək imkanı verir. Müxtəlif səbəblərə görə disklər dağıla bilər. Bu çox ağır pozulmadır ki, bu pozulmanın nəticəsində insan güclü ağrılardan əziyyət çəkir, hətta əlil qala bilər (məsələn, bel nahiyəsi fəqərələrarası disklərin dağılması nəticəsində insanın ayaqları iflic ola bilər və s.).
Müasir tibbin nailiyyətləri dağılmış fəqərəarası disklərin xüsusi protezlərlə əvəz olunmasına imkan verir. Protez metaldan və polietilendən hazırlanır. Süni disk təbii diskin funksiyalarını, demək olar, tam şəkildə yerinə yetirir.
Saglamolun.Az