Müasir ananı slinqsiz təsvir etmək çətindir. Əslində slinq çoxdan icad olunub.
Keçmişdə müxtəlif ölkələrdə (o cümlədən, bizim ölkədə) qadınlar körpələrini öz bədəninə bağlayaraq ev işləri görürdü, körpələri uzaq məsafələrə aparırdılar və s.
Hal hazırda slinq dəbdədir. Lakin bu yalnız dəbli atribut deyil. Dünya pediatrları slingi dəstəkləyirlər. Slinq həm ana, həm də uşaq üçün çox rahatdır. Körpəni qucağında aparan və ya saxlayan qadının qolları və çiyinləri tez bir zamanda ağrımağa başlayır. Slinqdə bu problem həll olunub.
Yenidoğulmuş körpə daim ana ilə olmaq istəyir. Bu problemi də slingin köməyi ilə həll etmək mümkündür. Bir çox analar təsdiq edirlər ki, narahat, ağlayan, yatmayan körpə məhz slingin köməyi ilə daha sakit olub.
Uşağı slingə qoyub ana gəzintiyə, dükana gedə bilər, ev işləri görə bilər və s.
Videoda ən yayılmış slinqin növü təqdim olunur - slinq-şərf. Slinqdə beşik mövqeyi 3 ayına kimi uşaqlar üçün ən rahat mövqedir.
Hal hazırda slingin müxtəlif növləri var - slinq halqalarla, slinq-çanta və s.
Saglamolun.Az