Bu əməliyyat yalnız müstəsna hallarda tətbiq edilir. Bu müstəsna hallar arasında:
- uşağın uşaqlıqda doğuş üçün "uyğun olmayan" vəziyyətdə olması (köndələn, sağrı gəlişi və s.),
- cift uşaqlığın çıxışını qismən və ya tam tutduqda,
- dölün patoloji vəziyyəti (kəskin hipoksiya).
Çoxdöllü hamiləlik, uşaqlıq şişləri, hamilə qadında bəzi infeksiyaların olması, kompensasiya olunmayan şəkərli diabet və hipertoniya xəstəliyi də qeysəriyyə kəsiyi əməliyyatı üçün göstərişlər sayılır.
Qeysəriyyə kəsiyi əməliyyatın gedişatı videoda aydın göstərilib.
Saglamolun.Az