Valideynlərə xəbərdarlıq - XODUNKİ ziyanlıdır

Bir çox Avropa və Amerika ölkələrində "xodunki" kimi tanıdığımız qurğunun istifadəsinə həkimlər tərəfindən icazə verilmir.

Pediatrların fikirinə görə "xodunki" uşaq üçün nəinki xeyir gətirmir, hətta uşağın inkişafına və sağlamlığına ciddi ziyan vurur.

Körpə uşağa müəyyən vaxta kimi ayaq üstə durmaq ziyanlıdır. Bu dayaq-hərəki sisteminin pozulmalarına səbəb ola bilər. Uşaq əvvəl iməkləməyi öyrənməlidir, müəyyən müddət iməkləməlidir, daha sonra isə tədricən ayağa qalxmağı və yeriməyi öyrənməlidir.

İməkləmək uşaq üçün çox vacibdir. Bu uşağın dayaq-hərəki sistemini gələcək yükləmələrə hazırlayır, gələcəkdə skolioz və s. kimi onurğa problemlərinin əmələ gəlməsinin profilaktikasıdır.

"Xodunki"dən istifadə etdikdə uşağın hələ ki zəif sümükləri, oynaqları, əzələləri güclü və düzgün bölüşdürülməmiş yükləməyə məruz qalır ki, bunun nəticəsində onlarda müxtəlif pozulmalar yarana bilər. Həmçinin uşağın yerişində də pozulmalar əmələ gəlir - "xodunki"dən çıxdıqda uşaqlar uzun müddət ərzində barmaqlar ucunda gəzir və s.

Əksər mütəxəssislərin fikirinə görə, "xodunki" və s. uşağa yeriməyi öyrədən köməkçi vasitələr körpənin normal inkişafına yalnız mane olur.

Digər tərəfdən Avropada keçirilən xüsusi sınaqlar nəticəsində məlum olub ki, "xodunki"də "yeriyən" uşağın müxtəlif ağır travmalar almaq riski çox yüksəkdir.

Saglamolun.Az




loading...

Bel yırtığı niyə əmələ gəlir və necə müalicə olunur

 

 

 

 
loading...

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...
Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...
İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...

 


Яндекс.Метрика