Uşağınız axsadı. SƏBƏB NƏ OLA BİLƏR?

Uşaq birdən-birə axsamağa başladıqda bu valideynlərdə ciddi narahatçılığa səbəb olur.

Valideynləri sakitləşdirmək üçün deyə bilərik ki, əksər hallarda bunun səbəbi hər hansı kiçik travma olur - yıxıldı, ayağı burxuldu, ayaqqabı sürtür, tikan batdı və s. Adətən belə cüzi travmalardan sonra uşaq 1 gündən artıq axsamır və növbəti gün tam sərbəst hərəkət edir. Bu halda həkimə müraciət etmək üçün səbəb yoxdur.

Lakin əgər uşaq 1 gündən artıq axsayırsa, bu daha ciddi travmanın, patologiyanın və ya xəstəliyin simptomu ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır.İlk əvvəl pediatra müraciət edin. Uşağı müayinə etdikdən sonra pediatr sizi digər həkimlərin (ortoped, revmatoloq, nevroloq) müayinələrinə göndərə bilər.

Uşaqda axsamağın səbəbləri müxtəlif ola bilər:

- Daha ciddi travma (vətərlərin, bağların, əzələlərin zədələnməsi, yırtılması, sümüyün sınığı və s.).

- Pertes xəstəliyi. Bu xəstəlik uşaqlarda 3 yaşından 13-14 yaşına kimi inkişaf edə bilər. Oğlanlarda bu xəstəliyə daha tez-tez təsadüf edilir. Xəstəlik zamanı bud-çanaq və diz oynaqlarında qan dövranı və qidalanma pozulur və nəticədə burada nekroz (fəaliyyətdən qalma) inkişaf etməyə başlayır. Vaxtında aşkar olunduqda bu xəstəlik uğurla müalicə olunur. Xəstəlik vaxtında müalicə olunmazsa, daha sonra cərrahi müalicə tətbiq edilir.

- Virus infeksiyaları (qripp və s.). Bəzən virus infeksiyasından sonra uşaqda oynaqlarda ağrılar, hərəkətliliyin azalması kimi simptomlar meydana çıxa bilər, uşaq axsamağa başlaya bilər. Bu hal virus infeksiyasının ağırlaşmasıdır. Daha tez-tez bud-çanaq, diz və baldır-pəncə oynaqları zədələnir.

- Angina (tonzillit). Vaxtında və ya düzgün müalicə olunmadıqda bu xəstəlik çox ciddi ağırlaşmalara səbəb ola bilər - ürək və böyrəklərin zədələnməsi, oynaqların zədələnməsi. Angina mütləq antibiotiklərin köməyi ilə müalicə olunmalıdır. Müalicəni sona kimi çatdırmaq lazımdır.

- Artrit (oynağın iltihabı). Nadir hallarda olsa da uşaqlarda da bu xəstəliyə təsadüf edilir. Bunun səbəbi uşaqlarda revmatizm və ya travma nəticəsində oynağa düşən infeksiya ola bilər.

- Sümük xəstəlikləri. Bəzən travma zamanı və ya orqanizmin hər hansı yerində olan infeksiya ocağından uşağın sümüyünə infeksiya düşə bilər. Nəticədə sümükdə iltihab yaranır. Bu çox ciddi xəstəlikdir. Müasir antibiotiklər bu xəstəliklə mübarizədə çox effektlidir.

- Bəzi qan xəstəlikləri (leykemiya və s.) zamanı uşağın sümüklərində ağrılar ola bilər ki, bunun nəticəsində uşaq axsamağa başlaya bilər.

- Anandangəlmə bud çıxığı. Hal hazırda bu çox yayılmış problemdir. Bu pozulmaya daha tez-tez hallarda qızlarda təsadüf edilir. Anadangəlmə bud çıxığı zamanı uşağın  bud sümüyü bud-çanad oynağının oyuğuna daxil olmur, nəticədə yeriməyə başladıqda uşaq axsamağa başlayır. Müalicə olunmadıqda bu patologiya əlilliyə səbəb ola bilər.

Körpəlik dövründə bu pozulma xüsusi ortopedik şinlərin köməyi ilə müalicə olunur. Daha böyük yaşlarda isə bu pozulmanı müalicə etmək üçün cərrahi əməliyyat tətbiq edilir.

Məhz bu səbəbdən 1 yaşına kimi uşaq ortopedin nəzarətində olmalıdır ki, belə pozulmalar vaxtında aşkar olunsun və aradan qaldırılsın.

- Nevroloji problemlər. Bəzən axsamağın səbəbi uşaqda olan hər hansı nevroloji  problem olur. Əgər ortopedin müayinəsindən sonra uşağın oynaqlarında və sümüklərində pozulma aşkar olunmazsa, uşağı nevroloqa göstərmək lazımdır.

Saglamolun.Az




loading...

HƏKİMLƏR

Afaq Səfərova

Afaq Səfərova

Pediatriya

Pediatr Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Samirə Məlikova

Samirə Məlikova

Pediatriya

Pediatr İş stajı – 17 il

Ətraflı...
Şəhla Mustafayeva

Şəhla Mustafayeva

Pediatriya

Pediatr, allerqoloq İş stajı – 7 il

Ətraflı...

Usaqlıq boynu eroziyası və xərçəngi

 


Яндекс.Метрика