Gecələr ağlayan körpəni 5 DƏQİQƏYƏ sakitləşdirəcək YENİ ÜSUL

Elm adamları uzun müddətdir ağlayan körpəni ən tez nə sakitləşdirəcəyi barədə araşdırma aparırlar.  Araşdırmalar öz nəticsini verib və ağlayan körpəni 5 dəqiqəyə sakitləşdirəcək üsul tapılıb.

5 dəqiqəlik gəzinti körpələri sakitləşdirə bilər

Körpələrin ağlaması hər bir valideynin qorxulu yuxusudur. Xüsusilə gecələr ağlama böhranı evin yuxusunu pozur. Ağrıdan ağlayan və göyərən uşaqlar valideynlərini dəhşətə gətirir. İngiltərədə bu mövzuda aparılan araşdırmaya görə, ağlayan körpəni sakitləşdirməyin açıq bir yolu var.

İngiltərədə aparılan araşdırmaya görə, 21 körpə üzərində təsirli yerişin körpələri sakitləşdirdiyi ortaya çıxıb. Körpələrin cavabları dörd şərtlə müqayisə edilib: “yeriyən ana tərəfindən qucaqlanması, oturan ana tərəfindən tutulması, hərəkətsiz beşikdə yatması və yellənən beşikdə yatması”.

Sübut olunub ki, yeriyən anaya tutulan ağlayan körpə 30 saniyə ərzində sakitləşir və ürək döyüntüləri yavaşlayır. Ananın qucağında ağlayan körpənin 5 dəqiqəlik səyahəti zamanı körpənin ağlamağı dayandırdığı və az qala yuxuya getdiyi müşahidə edilib.

Bənzər sakitləşdirici təsir körpələri yellənən beşiyə qoyanda müşahidə edilib. Ancaq ana körpəni oturan vəziyyətdə saxladıqda və ya körpəni hərəkətsiz beşiyə qoyanda onu sakitləşdirmək çətin olur. Araşdırmanın davamında analara ağlayan körpələrini qucağında tutmaları və körpələrini 5 dəqiqə gəzdikdən sonra 5-8 dəqiqə qucağına alaraq yatmağa davam etmələri söylənib.

Saglamolun.Az