Yeni tədris ili başlandı. Uşaqlar yeni bilikləri əldə edir və yeni... infeksiyalarla qarşılaşır.
Sirr deyil ki, məktəbə getməyə başlayan uşaq daha tez-tez xəstələnməyə başlayır, məktəbdən evə müxtəlif infeksiyalar "gətirir". Bu təbii bir prosesdir. Kiçik yaşlı uşaqların immun sistemi hələ ki tam formalaşmayıb və bu səbəbdən uşağın orqanizminə düşən istənilən infeksiya xəstəliyin inkişafına gətirib çıxarır.
Məktəbdə uşaq tam fərqli mühitə düşür, onun orqanizmi yeni mikrob və infeksiyalara rast gəlir. Uşaq baxçasına getməyən uşaqlar xüsusilə tez-tez xəstələnir. Buna səbəb onların müxtəlif infeksiyalarla kontaktların az olmasıdır.
Saglamolun.az bildirir ki, stress də xəstəliklərin artmasına səbəb olur. İlk dəfə məktəbə gedən uşaqların əksəriyyəti müəyyən stress keçirdir. Bu isə onların immun sisteminin zəiflənməsinə səbəb olur.
Biz, valideynlər, bu infeksiyalardan uşaqları necə qoruya bilərik?
- Uşağı lazım olandan artıq geyindiməyin. Uşaqlar çoxlu hərəkət etməyi xoşlayır və nəticədə tez tərləyir. Tərləmiş uşaq isə daha tez xəstələnir.
- Uşağa əllərini daha tez-tez yumağı öyrədin (tualetdən çıxandan sonra, yeməkdən əvvəl, məktəbdən evə qayıtdıqdan dərhal sonra və s.). Uşaqlar tez-tez əllərini gözlərinə, ağzına, burnuna vurur. Bu orqanların selikli qişalar isə mikroblar üçün əsas "giriş qapısıdır".
- Məktəbə uşağa mütləq antiseptik nəm salfetləri verin. Sinifə girdikdə uşaq mütləq belə salfetlə partanı və oturduğu stulu silməlidir. Yalnız bu sadə qayda uşağınızı bir çox müxtəlif infeksiyalardan qoruya bilər.
- Sinif otağının havası tez-tez dəyişilməlidir. Havadan asılı olmayaraq sinif otağında nəfəslik daim açıq olmalıdır. Təmiz hava xəstəliklərin ən gözəl profilaktik üsuludur.
- Sinif otağında çox isti olmamalıdır. +21 - +220 C ən optimal temperaturdur. Otaqda temperatur bundan artıq olduqda, bu uşaqların selikli qişaların qurumasına səbəb olur. Quru selikli qişalar isə uşağı infeksiyalardan qoruya bilmir.
- Qapıların dəstələri, pilləkənlərin sürahları mikrobların ən "xoşladığı" yerləridir. Uşaqları bu yerlərə əl vurmamağa öyrədin.
- Valideynlərin bir çoxusunun xoşladığı oksolin mazı, həkimlərin fikirinə görə, soyuqdəymələrdən qorumur. Ümumillikdə sağlam uşağa həkimin təyinatı olmadan hər hansı dərman, vitamin, immunopreparat və s. vermək, maz sürtmək ehtiyac yoxdur. Bu üsullarla siz uşağı xəstəliklərdən qoruya bilməzsiniz.
- Uşaq xəstələnibsə, onu məktəbə buraxmayın. Bu xəstəliyin daha da ağırlaşmasına mane olacaq. Uşağa çoxlu maye (limonlu su, adi su, turş kompot s.) verin, uşaq olan otağın havasını tez-tez dəyişin, bütün səthləri nəm əski ilə gündə bir neçə dəfə silin. Xəstəliyin simptomları gücləndikdə isə həkimə müraciət edin.
Saglamolun.Az