Uşaqların həkimdən qorxma səbəbləri bəlli oldu

Valideynlər uşaqlarını həkimə aparan zaman həm uşaqlar, həm də valideynlərin özü böyük stress yaşayırlar.

Çünki uşaqların əksəriyyəti həkimə getməyi heç də yaxşı qarşılamır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Miçiqan Universitetinin alimləri uşaqların həkimlərdən qorxma səbəbini araşdırıblar. Onlar bunun üçün 700 valideyn arasında sorğu keçiriblər.

Sara Klark araşdırıb ki, 2-3 yaşlı uşaqların 66 faizi iynədən qorxur, 43 faizi isə tanımadıqları insanlardan qorxaraq ağlayır. 4-5 yaşlı uşaqlar da iynədən qorxur. Bu yaşda olan uşaqların 89 faizi iynədən, 14 faizi isə tanımadıqları insanlardan qorxur.

Qorxmağın başqa bir səbəbi isə daha öncə həkimə gedən zaman uşaqlarda qalan fobiyadır. Uşaq o günü unutmur və həmin hadisənin təkrarlanmasından qorxduğu üçün ağlayır.

Ekspertlər bildirir ki, valideynlər uşaqlara diqqət etməyəndə, həkimlərin tövsiyəsinə əməl olunmayanda belə hallar baş verir.

Mütəxəssislər bildirirlər ki, uşaqların həkimdən qorxma səbəbi bəzən elə valideynlərin özləridir. Onlar uşaqları həkim və iynə ilə qorxutduqları üçün onlara psixoloji travma vururlar.



Read more: https://sputnik.az/news/20181019/417491773/uaqlarn-hekimden-qorxma-sebebleri-belli-oldu.html

Saglamolun.Az




loading...

Yaz və payızda ən yayılmış KOKSAKİ virusu və onun müalicəsi

 

 

 

 
loading...

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu İş stajı - 9 il

Ətraflı...
Güloğlan Quliyev

Güloğlan Quliyev

Terapiya

Terapevt İş stajı – 25 il

Ətraflı...
Nüşabə Əlişova

Nüşabə Əlişova

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı - 17 il

Ətraflı...

 


Яндекс.Метрика