Təzyiqin aşağı salınmasının ən sadə üsulu. Dərmansız!

Arterial təzyiqin aşağı salınmasının ən sadə üsulu 7-9 saat yatmaqdır. Arizona Universitetindən olan mütəxəssislər bu qənaətə gəliblər.

AZƏRTAC bildirir ki, tədqiqatçıların fikrincə təzyiqin qalxmasının səbəblərindən biri də pis yatmaq və ya doyunca yatmamaqdır. Yaşı 45-ə yaxın olan 300 könüllü üzərində aparılan yeni eksperimentin gedişində alimlər yuxunun müxtəlif mərhələsinin orqanizmə effektli təsirini öyrəniblər.

Xüsusi qolbaqların köməyi ilə tədqiqatçılar sınaq iştirakçılarının vəziyyətini müəyyən ediblər. Nəticədə məlum olub ki, cihaz pis yatanlarda yüksək sistolik təzyiqi təyin edib. Bununla bərabər, yuxu hipotoniklərə təzyiqin normallaşmasında yardım edib, yəni onun nə artmasına, nə də azalmasına səbəb olub.

Nəticədə alimlər belə qənaətə gəliblər ki, təzyiqin normallaşdırılması üçün saat 23.00-dan gec olmayaraq yuxuya getmək və 7-9 saat yatmaq vacibdir. Bu zaman mobil qurğuları söndürmək, pərdələri sıx örtmək məsləhət görülür. Bu, yuxu hormonu deyilən melatoninin fəal şəkildə yaranmasına kömək olur.

Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

HƏKİMLƏR

Seymur Məmmədov

Seymur Məmmədov

Ürək-damar cərrahiyyəsi

Ürək və damar cərrahı İş stajı – 8 il

Ətraflı...
Samirə Məlikova

Samirə Məlikova

Pediatriya

Pediatr İş stajı – 17 il

Ətraflı...
Məhəmməd Davudov

Məhəmməd Davudov

Üz-çənə və baş-boyun cərrahiyyəsi

Üz-çənə və baş-boyun cərrahı Əmək stajı - 16 il

Ətraflı...

 


Яндекс.Метрика