Bunu bilmək üçün bədən kütləsi indeksini hesablayın.
Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölürlər - bədən çəkisi (kq):boy (m2).
Məsələn, əgər sizin boyunuz – 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65 : (1,6x1,6) = 65 : 2,56 = təxminən 25,4.
Nəticəni aldıqdan sonra cədvələ baxın:
Bədən kütləsi indelsi, кг/м2 |
Nəticə |
20-dən az |
Çəkiniz normadan azdır |
20,0-24,9 |
Norma |
25-29,9 |
Artıq bədən çəkisi |
30-34,9 |
Yüngül piylənmə (I dərəcə) |
35-39,9 |
Orta piylənmə (II dərəcə) |
40 və artıq |
Ağır piylənmə (III dərəcə) |
Saglamolun.Az