Загрузка...

Nevroz

Nevrozlar – sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.

Sadə dildə desək, nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s.

Qadınlar nevrozlara daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.

Nevrozun əsas əlamətləri aşağıdakılardır:

- Həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət edə bilməsi hissiyyatının olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya verilməsi. Müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur), beyindən çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq) da mümkündür.

- Orqanizmin digər orqan və sistemlərində baş verən pozğunluqlar: iştahanın pis və əksinə, həddindən artıq güclü olması, ürəkbulanma, qəbizlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürək döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissiyyatı, cinsi pozğunluqlar və s.

- Boyun nahiyəsində, çiyinlərdə, beldə ağrılar, əllərdə titrəmə, tez-tez baş verən küt və ya pulsasiya şəkilli baş ağrıları.

Nevroz – ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda,  adətən, heç bir ciddi xəstəlik aşkar olunmur. Yalnız bundan sonra bu həkimlər xəstələri nevropatoloqa, psixoloqa, psixiatra, psixoterapevtə göndərirlər.

Adətən, nevroz xəstəliyini müalicə edəndən sonra digər orqanlar tərəfindən olan pozğunluqlar da yox olur. Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və tibbi yardım üçün müvafiq mütəxəssisə müraciət etməzsə, bəzi hallarda nevroz fonunda onlarda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya xəstəliyi, neyrodermit (dəri xəstəliyi) və digər xəstəliklər inkişaf edə bilər. Bundan başqa, bəzi hallarda şəxsiyyətin patoloji pozğunluqları kimi, daha ağır xəstəliklər bas verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur.

Nevrozun profilaktikasını hələ uşaq doğulmamışdan qabaq başlamaq lazımdır. Belə ki, qadın hamilə olarkən düzgün qidalanmalı və daim komfortlu emosional şəraitdə olmalıdır. Növbəti mərhələ uşağın düzgün tərbiyə edilməsi və ailədə sakit və mehriban şəraitin yaradılmasıdır. Böyük yaşlarda isə nevrozun profilaktikası üçün aşağıdakılara əməl etmək tövsiyə olunur:

- Düzgün istirahət rejiminin və gündəlik yuxunun kifayət qədər olmasının təmin edilməsi. Tez-tez doyunca yatmamaq halları və xroniki yorğunluq nevrozun yaranmasına “kömək” edir.

- Müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olmaq (təmiz havası olan yerdə, xüsusən də meşəli yerdə qaçışla məşğul olmaq, üzgüçülük). İdmanla məşğul olmaq əzələ tonusunun artmasına səbəb olur. Əzələ tonusunun artması da öz növbəsində beyin hüceyrələrinin tonusunun artmasına səbəb olur. Və nəhayət, beyin hüceyrələrinin tonusunun artması isə, istənilən nevrotik simptomların tezliklə sönməsi ilə nəticələnir.

- Stres vəziyyətlərindən çıxmaq qaydalarını yaxşı bilmək.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#43 Administrator 02.04.2016 17:13
Цитирую ramin:
salam .zehmet olmasa veziyyete munasibetinizi bildirerdiz. Gece yarisi tenginefes olduguma oyaniram ve tez-tez nefes alib-verdiyimi gorurem.4-5 deq-den sonra kecir . bu hal gunduzler narahat ve stresli gunlerden sonra özunu gosterib.yuxu rejimi pozulub 3-4saat yatiram.Sebeb ve cixiş youllar nede gorursunuz? Evvelceden tesekkur edirem.


Salam.
Bu nevrozun əlamətləri ola bilər. Nevropatoloqa müraciət edin.
#44 adil 04.09.2016 17:14
Salam necesiz adim Adil men usaq vaxti hardasa 6 7 yaslarimda kucede itden qorxmusam ve o gunen ureymde qorxu birde dilim tutuldu indi dansa bilirem ama kekeliyirem ureymde cox pis qorxu var fikre dagiliram ve seysenib ayiliram cox qorxuram eseblerim pozulum bas nahiyemde agrilar olur basimin arxa hissesi agriyir gozlerimde qaralma basm firanir indi ise 17 yasm var bu ne ola biler xais edrem cavab deyesiz.
#45 Administrator 06.09.2016 19:29
Цитирую adil:
Salam necesiz adim Adil men usaq vaxti hardasa 6 7 yaslarimda kucede itden qorxmusam ve o gunen ureymde qorxu birde dilim tutuldu indi dansa bilirem ama kekeliyirem ureymde cox pis qorxu var fikre dagiliram ve seysenib ayiliram cox qorxuram eseblerim pozulum bas nahiyemde agrilar olur basimin arxa hissesi agriyir gozlerimde qaralma basm firanir indi ise 17 yasm var bu ne ola biler xais edrem cavab deyesiz.


Salam. Bu nevrozun əlamətləri ola bilər. Nevropatoloqa müraciət edin. Allah şəfa versin!
#46 Nihat 30.04.2017 10:10
Salam hekim men tez tez ozumnen gedirem cabaliyiram nefes ala bilmirem duz yatanda lap tez.tez olur
#47 Administrator 30.04.2017 11:48
Цитирую Nihat:
Salam hekim men tez tez ozumnen gedirem cabaliyiram nefes ala bilmirem duz yatanda lap tez.tez olur

Salam Nihat bey. Sualinizi nevropatoloq Zulfiyye Ibrahimovaya yonlendirin.
http://saglamolun.az/index.php/nevrologiya/14858-zulfiyye-ibrahimova-nevroloq-pediatr.html

Загрузка...
loading...

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика