Çində ayaqlarında 16, əllərində 15 barmağı olan körpə doğulub. Bu pozulma "polidaktiliya" adlandırılır.
International Buisiness Times xəbər verir ki, uşağın anası da polidaktiliyadan əziyyət çəkir - onun əllərində və ayaqlarında 2 artıq barmağı var.
Polidaktiliyanın müalicəsi artıq barmaqların cərrahi yolu ilə xaric edilməsindən ibarətdir. Hal hazırda ailə əməliyyat üçün pul axtarır. Əməliyyatın qiyməti bir neçə min dollar təşkil edir.
Saglamolun.Az