Finlandiyalı elm adamlarının araşdırması erkən mərhələdəki appendisitin əməliyyata ehtiyac qalmadan antibiotiklərlə müalicə edilə biləcəyini göstərib.
Finlandiyadakı Turku Universitetindən olan alimlərin araşdırması 10 günlük antibiotik müalicəsinin iltihabı aradan qaldırdığını aşkara çıxarıb.
Elm adamları 530 xəstəni 2 qrupa ayırıb. İlk qrupdakılar əməliyyat edilib, ikinci qrupdakılara isə 10 gün müddətində antibiotik verilib. İlk qrupda bir nəfər istisna olmaqla xəstələrin hamısı yaxşılaşıb. İkinci qrupda olanların isə 73 faizi yaxşılaşıb, 27 faizinin appendisiti əməliyyatla götürülüb.
Alimlər bu nəticələr əsasında xəstələrə antibiotik müalicəsi və əməliyyat arasında seçim haqqı verilə biləcəyi qənaətinə gəlib.
Appendisit əməliyyatlarının 100 ildən çoxdur aparıldığını xatırladan elm adamları günümüzdə müxtəlif cihazlarla diaqnoz qoyula bildiyini və müalicə zamanı geniş spektrli antibiotiklərdən istifadə edilə biləcəyiini, beləliklə də erkən mərhələdə iltihablanma halında əməliyyata ehtiyac qalmayacağını qeyd edib.
Araşdırmanın nəticələri Amerikan Tibb Jurnalında (JAMA) yayımlanıb.
Saglamolun.Az