Tanınmış ukraynalı həkim-pediatr Yevgeniy Komarovskiy “Virus və soyuqdəymə xəstəliklərinə tutulanda özünüzü necə müalicə edirsiniz?” sualına çox sadə cavab verib. Həkim bildirib ki, pediatrlar bu xəstəliklərə tez-tez tutulurlar.
Komarovskinin sözlərinə görə, o, heç vaxt virus əleyhinə və immuniteti gücləndirən dərmanları qəbul etmir. Yüksək qızdırma olanda qızdırmanı salmaq üçün ibuprofen qəbul edir, burnunu duzlu su ilə yuyur, damardaraldıcı dərmanlardan istifadə etmir.
Həkim bildirib ki, bəlğəmgətirici dərmanları da qəbul etmir. Ona görə ki, mayenin kifayət miqdarda qəbulu bəlğəmgətirici dərmanların funksiyasını yerinə yetirir. Mayeni mümkün qədər çox içmək lazımdır. Komarovskiy bildirib ki, mayenin kifayət miqdarda qəbulunun göstəricisi hər 2-3 saatdan bir sidiyə getməkdir. Yeməyi əksinə daha az yemək, iştaha olmayanda zorla yemək tövsiyə etmir.
Həkim qeyd edib ki, evin havası təmiz və sərin olmalı, quru olmamalıdır.
Saglamolun.Az