Bu sual bir çox insanları maraqlandırır.
Bildiyimiz kimi, antibiotiklər viruslara qarşı aktiv deyil, sadə dildə desək antibiotiklər virusları öldürmür. Bu preparatlar bakterial infeksiyaları zamanı istifadə olunur. Koronavirus adından bəlli olduğu kimi viruslara aiddir və bu o deməkdir ki, onun müalicəsində antibiotiklər effektsizdir. Lakin...
Saglamolun.az aif.ru-ya istinadla bildirir ki, rusiyalı epidemioloq tibb elmləri namizədi dosent Aleksandr Vıqonyaylovun (Александр Выгоняйлов) sözlərinə görə, pnevmoniyalar və o cümlədən koronavirus pnevmoniyası zamanı antibiotiklərdən istifadə olunur. Niyə?
“Virus infeksiyaları və o cümlədən COVID-19-u antibiotiklərin köməyi ilə müalicə etmirlər. Lakin virus infekisyaları zamanı və xüsusilə də koronavirus zamanı tez-tez bakterial inkeksiya qoşulur. Koronavirus immun sistemini kəskin zəiflədir və bu zaman bakteriyalar fəallaşır və hücuma keçir. Bu insanın orqanizmində, məsələn ağzında yaşayan bakteriyalar ola bilər. Həmçinin bakteriayalar xəstənin orqanizminə xəstəxanada hər hansı manipulyasiyalar, məsələn intubasiya zamanı düşə bilər. Nəticədə virus-bakterial pnevmoniya inkişaf edir və belə vəziyyətdə xəstəyə antibiotiklər təyin olunur. Qeyd edim ki, məhz COVID-19 zamanı bu ağırlaşma tez-tez inkişaf edir”.
Saglamolun.Az