Tanınmış rusiyalı həkim: Koronavirus xəstələri biri-birinə çox oxşayırlar

Tanınmış rusiyalı həkim, “O samom qlavnom” verilişinin müəllifi və aparıcısı Aleksand Myasnikov koronavirusu xüsusilə ağır keçirən xəstələrin oxşar xüsusiyyətlərini qeyd edib.  

Saglamolun.az kp.ru-ya istinadla həkimin sözlərini təqdim edir: “Onlar biri-birinə çox oxşayırlar. Hamısının artıq çəkisi var. Onları piylənmə ilə bağlı olan xəstəlikər də birləşdirir – hipertoniya, diabet.

Hamısının yaşı 65-dən yuxarıdır. Deyə bilmərəm ki, kişilər daha çoxdur. Bəzi millətlərin nümayəndələri kovidi daha ağır keçirir. Məsələn, Asiya, Qafqaz millətləri.”

Saglamolun.Az