Hazırda remdesivir yeganə dərmandir ki, onun istifadəsi koronavirusa qarşı öz effektliyini göstərib. Lakin bu preparatın qiyməti olduqca yüksəkdir.
Dərmanı istehsal edən Gilead adlı şirkət ABŞ-ın Kaliforniya ştatında yerləşir. Ekspertlərin fikrinə görə, remdesivir preparatının maya dəyəri çox aşağı olsa da (10 günlük müalicə kursu - $9,32) şirkət yaxşı qazanmaq imkanını qaçırmayacaq və preparatı maya dəyərindən çox-çox baha satacaq.
Ekspertlərin proqnozuna görə, 1 kurs müalicənin qiyməti $4 500 olacaq.
Saglamolun.az The Daily Mail-ə istinadla bildirir ki, Gilead şirkəti “bahacıl şirkət” kimi tanınır. Belə ki, 2013-cü ildə şirkət C hepatitini müalicə edən yeni Sovaldi preparatının 1 həbini $1000 satırdı və bununla da cəmiyyətdə ciddi narazıçılığa səbəb olmuşdu.
Hazırda şirkət anbarlarda olan dərmanları xəstələrə pulsuz verməyə hazır olduğunu bildirib. Bu təxminən 140 min xəstəyə çatacaq. Daha sonra isə istehsal olunan dərmanlar satışa çıxarılacaq.
Saglamolun.Az