Bu vitamin koronavirusun müalicəsində yardım edəcək

Bu “günəş vitamini” uzun müddət ərzində vərəmin müalicəsi ilə bağlı öyrənilirdi. İndi isə məlumatlar var ki, D vitamini koronavirusun müalicəsində də effektlidir.

Saglamolun.az bildirir ki, D vitamininin 80%-i orqanizmdə günəş şüaları təsirindən  sintez olunur. Gün ərzində ən azı 20 dəqiqə ərzində gün şüalarını qəbul etmək lazımdır. Bu zaman bədənin təxminən 15% (qollar, üz) açıq olsa bu kifayətdir. Əksinə uzun müddət ərzində çimərlikdə “zaqar” almaq nəinki heç bir fayda vermir, əksinə ziyanlıdır. Ən pis müalicə olunan xərçəng növlərindən biri olan dəri xərçənginin əsas səbəbi məhz gün şüalarından süi-istifadə sayılır.

Bundan əvvəlki araşdırmalar göstərib ki, D vitamini immun sistemini möhkəmləndirir və respirator infeksiyalardan qoruyur. COVID-19 zamanı bu xüsusilə vacibdir.

Hazırda İspaniya alimləri D vitamininin koronavirusun müalicəsində təsirini araşdırmağa başlayıb.

Qranada Universiteti alimlərinin fikrinə görə, D vitaminin qəbulu koronavirus infeksiyasının ağır formaya keçməsinin qarşısını ala bilər.

Saglamolun.Az