Son zamanlar koronavisusla bağlı çoxlu sayda şaiyələr yayılıb. Koronavirusun əbədi olaraq insanın bədənində qalması və insanı tədriclə öldürməsi də belə qorxulu şaiyələrdən biridir.
Həqiqətənmi koronavirus insan orqanizmində həmişəlik qala bilər?
Bu suala cavab axtaranda tanınmış ukraynalı həkim Evgeni Komarovskinin bu haqda verdiyi sadə izahını aşkar etmişik.
Saglamolun.az sizi həkimin izahı ilə tanış edir:
“Viruslar 2 cür olur – RNT və DNT viruslar. RNT viruslar kəskin xəstəliklərə səbəb olur. Belə xəstəliklərin başlanğıcı və sonu var. RNT viruslar bədənin hüceyrələrinə daxil olduqdan bir müddət sonra hüceyrədən çıxır (hüceyrə bu zaman ölür) və burada onları anticismlər tutur və məhv edir.
DNT viruslar isə hüceyrələrdə uzun müddət yaşayır və hüceyrələri öldürmür. Bu səbəbdən DNT virusları uzunsürən, xroniki xəstəlikləri yaradır.
Misal üçün, A hepatiti virusunun RNT virus olduğundan əvvəli və sonu var. Hepatit B isə DNT virusdur və o, hüceyrələrdə uzun müddət yaşaya bilir.
Herpes də DNT virusdur və orqanizmdə insanın ölümünə qədər yaşaya bilir.
Koronavirus RNT virusdur və bu səbəbdən xroniki infeksiyaya çevrilə bilməz. Qrip də həmçinin.
Hepatit C, sitomeqalovirus və bir çox digər viruslar da DNT viruslardır və onlar xroniki xəstəliklər yaradır.
Koronavirusun əvvəli və sonu var - ya biz ona qalib gələcəyik, ya da o, bizə”.
Saglamolun.Az