Məşhur yazıcı, Harri Potter haqqında romanların müəllifi Coan Roulinq koronavirusdan sağalıb. Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, yazıçı bu haqda Tvitterdə məlumat verib.
Roulinqin sözlərinə görə, son 2 həftə ərzində o xəstə idi və onda koronavirusun bütün simptomları var idi. Qadın müntəzəm olaraq xüsusi nəfəsalma məşğələlərini edirdi. Bu məşğələləri ona həyat yoldaşı həkim-anestezioloq Nil Maykl Mürrey töviyyə edib.
“Mən tam sağalmışam və bu məşğələlər mənə çox kömək etdi”, - yazıçı bildirib.
Coan Roulinq metodikanın videosunu Tvitterdə yerləşdirib. Videoda Queens Hospital-ın həkimi Sarfaraz Munşi ağciyərin fəaliyyətini yaxşılaşdıran metodikanı təqdim edir: “Sizdə aktiv koronavirus infeksiyası varsa, ağciyərinizin fəaliyyətini yaxşılaşdırmaq lazımdır ki, orqanizm oksigenlə daha yaxşı təmin olunsun. Burada yeganə yol nəfəsalma məşğələləridir. Koronavirusa yoluxduğunuz ilk gündən başlayın. Lakin yoluxmazdan qabaq başlasanız, daha yaxşıdır.
“Düz oturun. Dərindən nəfəs alın və 5 saniyə saxlayın. Sonra yavaş-yavaş nəfəsinizi buraxın. Bunu 5 dəfə edin. 6-cı dəfə nəfəs alın, 5 saniyə saxlayın və sonra bərk öskürün. Öskürəndə ağzınıza salfet və ya dəsmal tutun. Bütün bunları 2 dəfə edin.
Daha sonra qarın üstə uzanın və ən azı 10 dəqiqə ərzində adi vaxtlardan bir qədər daha dərin nəfəs alın.
Bu məşğələləri müntəzəm olaraq təkrarlayın”.
Saglamolun.Az