Koronavirusa istənilən insan yoluxa bilər. Bütün digər respirator viruslarda olduğu kimi koronavirusdan qorunmaq çox çətindir.
Xoşbəxtlikdən bir çox araşdırmalar göstərir ki, bu virus əksər hallarda simptomsuz və ya çox cüzi simptomlarla keçir. Sağlam insanlarda adətən belə olur.
Təəssüf ki, bəzi xəstəliklər koronavirusun ağır fəsadlarının xüsusilə atipik pnevmoniyanın riskini artırır. Bu xəstəliklər arasında ağır ürək xəstəlikləri, hipertoniya, xroniki ağciyər xəstəlikləri (astma, xroniki obstruktiv ağciyər xəstəliyi, vərəm), şəkərli diabet, piylənmə.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, polinoz və digər respirator allergik xəstəliklər də koronavirusun ağır fəsadlarının riskini artırır. Bu xəstəliklər ağciyəri zəiflədir, onu müxtəlif infeksiyalara və o cümlədən koronavirusa qarşı daha həssas edir.
Nəzərə almaq lazımdır ki, yaz aylarında respirator allergik xəstəliklər kəskinləşir. Bu xəstəlikləri olanlar daha diqqətli olmalı və çölə çıxmamalıdır. Evdə qalmaq həm respirator allergiyanın gedişatını yüngüləşdirir (insan allergiyaya səbəb olan bitki tozcuqlarla təmasda olmur), həm də koronavirusa yoluxma riskini azaldır.
Saglamolun.Az