Son zamanlar koronavirusun yayılması ilə bağlı bir çox insanlar təşvişə düşüb orqanizmdə olan istənilən dəyişiklikliyi məhz koronavirusla əlaqələndirirlər.
Baş ağrıdı – koronavirus, qarın ağrıdı – koronavirus və s. Bu isə insanları daha da ağır stresə salır, immun sisitemini zəiflədir.
Koronavirusun yeni ştammı olan COVID-19 hələ ki tam öyrənilməyib. Onun simptomları, gedişatı, yayılması haqqında müxtəlif fikirlər səslənir.
Saglamolun.az bildirir ki, mütəxəssislər koronavirusun 3 əsas simptomunu qeyd edirlər. Məhz bu simptomların inkişafı koronavirusun ağır gedişatına işarə edir. Əgər bu simptomar varsa, vaxt itirmədən “təcili yardım” çağırın.
Beləliklə, koronavirusun 3 əsas simptomu bunlardır:
- Yüksək qızdırma
- Quru öskürək
- Nəfəsalmanın çətinləşməsi, sinədə sıxılma
Bundan əlavə koronavirusun digər simptomları da qeyd olunur: boğaz ağrısı, zəiflik, yuxululuq, titrəmə, qarında ağrılar, ürəkbulanması, ishal, baş ağrısı, iybilmə və dadbilmənin itməsi və s. Bu simptomlar koronavirus zamanı ola da bilər, olmaya da bilər, onlar digər xəstəlik və pozulmalara da işarə edə bilər.
Lakin yuxarıda sadaladığımız 3 əsas simptom məhz koronavirusdan şübhələnməyə ciddi əsas verir.
Saglamolun.Az