İtaliyada koronavirusdan ölənlərin əksəriyyəti bu xəstəlikdən əziyyət çəkirdi

COVID-19-dan ölənlərin 99%-i ağır patologiyaları olan yaşlı insanlardır. Saglamolun.az Daily Mail-ə istinadla bildirir ki, İtaliyanın Milli Səhiyyə İnstitutunun mütəxəssisləri bu nəticəyə gəliblər.

Mütəxəssislər koronavirusdan ölən yüzlərlə insanın məlumatlarını analiz etdikdən sonra aşkar ediblər ki, ölənlərin 76,1% hipertoniyadan əziyyət çəkidir.

2-ci yerdə (35,5%) diabet, 3-cü yerdə (33%) ürək xəstəlikləri gedir.

Mütəxəssislər məhz hipertoniyanın koronavirusdan ölümünün riskinin artmasını virusun bəzi özəllikləri ilə əlaqələndirirlər.

Beləliklə, hipertoniyadan əziyyət çəkən yaşlı insanlar öz sağlamlığına qarşı daha diqqətli olmalı, profilaktik qaydalarına ciddi riayət etməlidir.

Bu mənadə dövlətimiz tərəfindən 65 yaşdan yuxarı insanlar üçün tətbiq edilmiş ciddi karantin tədbirləri olduqca düzgün və vacib addımdır.  

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...