Koronavirus çox hiyləgər virusdur və onun klinik simptomları müxtəlif insanlarda ciddi şəkildə fərqlənir. Koronavirusa yoluxmuş Böyük Britaniya sakinləri olan ər-arvad da bunun nümunəsidir.
51-yaşlı Böyük Britaniya sakini Luiza Kats və onun həyat yoldaşı virusu İtaliyadan “gətiriblər”.
Saglamolun.az bildirir ki, koronavirusdan sağalandan sonra Express nəşrinə müsahibə verən Luiza koronavirusun simptomları və xəstəliyin gedişatı haqqında ətraflı danışıb.
Fevralda cütlük İtaliyada Venesiya karnavalında 4 gün keçirib. İtaliyadan qayıtdıqdan bir neçə gün sonra Luizanın həyat yoldaşıdanda simptomlar üzə çıxmağa başlayıb.
“Məndə simptomlar 1 həftə ərzində olmayıb. Boğazım bir az ağrıdı, lakin ağrı o qədər zəif olub ki, mən heç dərman da içməmişəm”, - Luiza deyib.
Daha sonra cütlüyün vəziyyəti kəskin ağırlaşmağa başlayıb: “Qol və ayaqlarımda ağrılar başlayıb. Onlar getdikcə artırdı. Baldırlarım daha çox ağrıyırdı. Bu ağrı çox üzücü, dəhşətli idi. Qızdırmam 39 C qalxıb və bəzən daha ada yüksək qalxırdı”.
Luiza qeyd edib ki, onun həyat yoldaşında simptomlar tam başqa idi. Kişi yüksək qızıdrmadan əziyyət çəkirdi, çox tərləyirdi, onda boğaz ağrısı var idi. Lakin Luizadan fərqli olaraq onun əzələləri ağrımırdı.
Koronavirus xəstələrinə nəzarət edən həkimlər infeksiyanı yeni və yeni simptomlarını aşkar edirlər: iy və dadbilmənin azalması, dodaqların göyərməsi, bəzi hallarda ishal və s.
Saglamolun.Az