Tanınmış ekspertdən KORONAVİRUSla bağlı nikbin proqnoz

Son 3 ay ərzində koronavirus bütün dünyada əsl təşvişə səbəb olub.

Lakin bioloqlar, virusoloqlar, infeksionistlər və s. virusları “yaxından tanıyan” mütəxəssislərin əksəriyyəti bu təşvişi böyük təəccüblə qarşılayır və koronavirusu kifayət qədər zəif virus hesab edirlər. Onlar təşvişə düşməyi, qorxmağı deyil, sadəcə daha ehtiyatlı davranmağı tövsiyyə edirlər.

Sosial şəbəkələrdə rast gəldiyimiz təşviş dolu məlumat, videolar və s. tibdən çox uzaq insanlar yayır. Belə vəziyyətdə “sosial şəbəkələr qəhrəmanlarına” deyil mütəxəssislərə qulaq asmaq və onların tövsiyyələrinə əməl etmək çox vacibdir.

Epidemiya zamanı təşviş həm hər birimiz, həm də ümumən cəmiyyətimiz üçün koronavirusdan da təhlükəlidir - insanın immun və sinir sistemini zəiflədir, cəmiyyətdə isə sosial gərginliyinin artmasına səbəb olur. Odur ki, sakitləşin və yalnız mütəxəssislərə qulaq asın. Belə mütəxəssislərdən biri tanınmış rusiyalı alim, tibb elmləri doktoru, Rusiyanın N.İ.Piroqov adına Tibb Universitetinin infeksion xəstəliklərinin kafedrasının müdiri, BMT-nin bioterrorizm üzrə eksperti Vladimir Nikiforov Business FM radiosuna geniş müsahibə verib.

Saglamolun.az bu müsahibənin bəzi maraqlı yerlərini sizə təqdim edirik.

“Bəli, problem kifayət qədər ciddi görünür – insanlar xəstələnir və ölür. Lakin bundan əvvəl də insanlar xəstələnirdi və ölürdü. Hətta deyə bilərəm – bundan da çox xəstələnirdi və bundan da çox ölürdü. KİV tərəfindən epidemiya “dünyanın axırı” kimi təqdim olunur. Təbii ki, bu belə deyil. Əslində koronavirusdan ölüm halları kifayət qədər azdır. Müqayisə edin – 2019-cu ilin sentyabr ayından bu günə kimi yalnız ABŞ-da 15-20 milyon (!) insan qripə yoluxub və onlardan 20 min (!) olüb...”

“Koronavirus respirator viruslarına aiddir. Bu virusların fəsillə bağlı kəskinləşməsi adətən 6-8 həftə davam edir. Biz bunu Çində də gördük. Hal hazırda onlarda hər şey demək olar bitdi... Avropada hələ artım gedir. Lakin Çin ssenarisi burada da təkrarlanarsa yaxın vaxtda orada da azalma başlamalıdır...

Mənim fikrimə görə, yaya qədər hər şey bitməlidir...”

“Koronavirus çox yoluxucu deyil. Məsələn, qızılcaya yoluxmuş 1 insan 16-18 insanı yoluxdursa, koronavirusa yoluxmuş isə 3-4 nəfəri yoluxdurur...”

“Əllərinizi yuyun. Bu çox vacibdir. Virus dəridən orqanizmə keçmir. Əgər virus əllərinizə düşərsə, siz yoluxmayacaqsınız. Lakin əgər siz əllərinizlə göz, ağız və ya burnunuza toxunacaqsınızsa, virus orqanizmə daxil ola bilər...”

“Antibakterial sabundan istifadə etməyin, adi sabundan istifadə edin. Antibakterial sabundan müntəzəm istifadə dermatit və ekzemanın inkişafına səbəb ola bilər”.

“Kağız pulları çox təhlükəlidir. Köhnə kağız pulları tək koronavirus deyil, istənilən infeksiyanı yaya bilər. Bu əsl “bioloji silahdır”...”

“Mənim fikrimə görə, bir çox insan bundan xəbəri olmadan bu virusa yoluxub və ondan artıq sağalıb...”

Saglamolun.Az