Bildiyimiz kimi, koronavirusu müalicə edən heç bir spesifik dərman yoxdur, vaksin isə hələ sınaqlardan keçir və yaxın zamanlarda hazır olmayacaq. Bəs onda koronavirusa yoluxmuş insanlar necə sağalır?
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, tanınmış amerikalı virusoloq Ceyms Robb bu suala belə cavab verib:
“Bir çox viruslara qarşı nə xüsusi dərman, nə də vaksin yoxdur. Misal üçün, rinovirus və adenovirusların da heç bir spesifik müalicəsi yoxdur. Hər il bütün dünyada bu viruslara on minlərlə insanlar yoluxur və sağalır. Əgər bizi infeksiyalardan yalnız vaksin və dərmanlar qorusaydı, insanlar çoxdan məhv olmuşdu.
İnsan həç də o dərəcədə zəif məxluq deyil ki, hər bir infeksiya onu məhv etsin. Bizim çox güclü müdafiə sistemimiz var. Bu immun sistemidir. İmmun sistemimiz orqanizmə düşən virusu tapır və ona qarşı xüsusi hüceyrələri – anticismləri hazırlamağa başlayır. Soyuqdəymə, qrip və koronavirus kimi xəstəliklər zamanı anticismlərin sintezi üçün 3-5 gün lazımdır. Daha sonra anticismlər işə düşür, virusu məhv etməyə başlayır, insanın vəziyyəti getdikcə yaxşılaşır və təxminən 7 gündən sonra o, tam sağalır.
Beləliklə, sağlam olmaq və xəstəliklərdən sağalmaq üçün insana əksər hallarda dərman və vaksinlər deyil, güclü immunitet lazımdır”.
Saglamolun.Az