Koronavirusu 30 SANİYƏ ərzində öldürən maddə

Almaniya və İsveçrə bioloqları eksperiment zamanı sübut ediblər ki, spirt və tərkibində spirt olan məhlullar koronavirusu 30 saniyə ərzində məhv edir.

Saglamolun.az bildirir ki, eksperimentin nəticələri bioRxiv electron elmi kitabxanasında yerləşdirilib.

Alimlər aşkar ediblər ki, koronavirusun məhv edilməsi üçün spirtli məhlulun konsentrasiyası 30% və bundan daha çox olmalıdır.

Bioloqların sözlərinə görə, spirt və spirtli məhlullar əllər və ev, ictimai yerlər, tibbi müəssisələrində istənilən səthlərin (masalar, tutacaqlar, qapı dəstələri və s.) dezinfeksiyası üçün istifadə oluna bilər.

Spirt yoxdursa dezinfeksiya üçün araqdan istifadə etmək olar.

Diqqət! Daxilə qəbul olunduqda spirtli içkilər koronavirusu öldürmür! Əksinə spirtli içkilər immun sistemini zəiflədir ki, orqanizm virusla effektli şəkildə mübarizə apara bilmir və bu da fəsadların inkişafının riskini artırır.

Saglamolun.Az