40 kq arıqlayan qadın yalnız bu yeməyi yeyirdi

İngiltərədə yaşayan və restoranlardan birində aşbaz işləyən Lora Carvisin bədən çəkisi əvvəllər 105 kq olub.

Bunun səbəbi cavan qadının fast-fud (xüsusilə pizza) və un məmulatlarına olan "sevgi"si idi.

Saglamolun.az medikforum.ru-ya istinadla xəbər verir ki, arıqlamağa qərar verən cavan qadın eyni zamanda sevimli yeməklərdən də imtina etmək istəmirdi. Bu səbəbdən Lori özünə xüsusi azkalorili pizza hazırlamağa başlayıb.

Bir müddət ərzində Lori hər gün yalnız özü hazırladığı pizza yeyirdi. Pizzanı hazırlayanda xanım aşbaz nazik xəmirdən, tomat pastası, yağlılığı az olan pendir və ət növlərindən, ispanaq və göbələkdən istifadə edirdi. Nəticədə qadın 40 kq-dan artıq çəkidən azad olub və hal hazırda öz xarici görünüşündən çox razıdır.    

Saglamolun.Az