Qripə qarşı yeni UNİVERSAL peyvənd hazırlanıb

Xarici mətbuatın məlumatına görə, Amerika alimləri qripə qarşı yeni universal RedeeFlu adlı vaksin hazırlayıblar.

Vaksin heyvanlar üzərində test olunub və yaxşı nəticələr verib. Hal hazırda alimlər vaksini insanlar üzərində sınaqdan keçirməyi planlaşdırır. Eksperiment zamanı vaksin müxtəlif yaşlarda olan 96 könüllüyə yerdiləcək.

Vaksin inyeksiya şəklində deyil, intranazal (burun boşluğundan) yeridilir və bu da onun növbəti üstünlüyüdür.

Alimlər qeyd edir ki, vaksin qripə yoluxmanın qarşısını almır, lakin virusun orqanizmdə yayılmasını xeyli ləngidir.

Vaksinin təsiri 1-2 sezon ərzində saxlanılacaq. Qripp virusu çox tez mutasiya edir ki, bu səbəbdən heç bir vaksin insanı həyatın sonuna qədər qripdən qoruya bilməz.

Yeni vaksin 2017-2018-ci illərdə istifadəyə buraxıla bilər.

Saglamolun.Az