Kişiyə donor əlləri transplantasiya olunub

3 il bundan əvvəl İngiltərədə yaşayan Kris King istehsalatda baş vermiş ağır qəza nəticəsində hər iki əlindən məhrum olub.

BBC agentliyinin məlumatına əsasən, bu yaxınlarda Britaniya alimləri unikal əməliyyat keçirdiblər. Bu əməliyyat Böyük Britaniyada ilk dəfə olaraq keçirilib. Kris Kingə donor əlləri transplantasiya olunub.

Əməliyyat uğurlu keçib və hal hazırda xəstə səbirsizliklə sarıqların açılmasını və adi həyata qayıtmasını gözləyir.

Əməliyyatdan sonra Kris ömrünün sonuna qədər xüsusi immunosupressant preparatlarını qəbul etməlidir.

Bundan əlavə xəstəni bir neçə aylıq reabilitasiya dövrü gözləyir.

Saglamolun.Az