Загрузка...

Ev şəraitində mayonezin hazırlanması

Dükanlarda satılan mayonezin tərkibində müxtəlif ziyanlı maddələr (konservantlar, dadvericilər və s.) var.

Belə mayonezlər insanın səhhətinə yalnız ziyan gətirə bilər. Lakin bəzi salatlar və qidalar var ki, biz bu qidaları mayonezsiz təsvir edə bilmirik. Bu halda ev şəraitində hazırlanan tam təbii və faydalı mayonezdən istifadə etmək olar.

Ev mayonezinin reseptləri çoxdur. Onların bir hissəsində çiy yumurta istifadə olunur. Bu isə kifayət qədər təhlükəlidir. Bu səbəbdən biz sizə tərkibində yumurta olmayan, lakin dadına görə ənənəvi mayonezdən heç də geri qalmayan çox dadlı ev mayonezi təqdim edirik.

Lazım olan məhsullar:

- süd (süd yağlı olmalıdır) - 100 ml

- zeytun yağı - 200 ml

- limon şirəsi - 2 xörək qaşığı

- xardal - 1 çay qaşığı

- duz və istiot - zövqə görə

Hazırlanması:

1. Otaq temperaturunda olan süd yağla blenderdə ən yüksək sürətdə 1 dəqiqə ərzində yaxşı çalınır. Kütlə çox tez qatılaşır.

2. Limon şirəsi, xardal, duz, istiot əlavə olunur və yenə bir az çalınır.

3. Hazır mayonez soyuducuda 5-7 gün ərzində saxlanıla bilər. Mayonezi istənilən qidalara əlavə etmək olar.

4. Zövqə görə mayonezə sarımsaq, sarıkök, istənilən göyərti əlavə etmək olar.

Nuş olsun!


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
Яндекс.Метрика