Hər gün yumurta yemək olarmı?

ABŞ alimləri 34-illik araşdırmanın nəticələrini elan ediblər. Alimlər bu illər ərzində 200 mindən çox insanın qidalanmasına nəzarət edirdi.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, araşdırma insan qidalanması ilə bağlı bir çox suallara cavab verib.

Belə ki, araşdırmanın nəticələrinə görə, hər gün 1 toyuq yumurtasını yemək olar. Bu ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Həmçinin yumurtanın tərkibində olan maddələr beyinin fəaliyyətini yaxşılaşdırır, immun sistemini möhkəmləndirir, sümük və əzələlərin sağlamlığını qoruyur, artıq çəki yığmamağa yardım edir.  

Mütəxəssislər gün ərzində 1 ədəddən çox yumurta yeməyi tövsiyə etmirlər.  

Saglamolun.Az